"30-dan çox toyun behini almışam” - Afət Fərmanqızı

 15:06 23.06.2021     39

Bir iyul tarixindən etibarən müəyyən şərtlərlə toyların keçirilməsinə icazə veriləcək. Həmçinin dəvətli sayına da bir sıra məhdudiyyətlər qoyulub. Artıq 400-500 nəfərlik toyları, 150 qonağın iştirak etdiyi məclislər əvəz edəcək. Bir də toylara icazə verilməsi ilə yada bu sahədən çörəy pulu qazanan  insanlar düşür. Şübhəsiz onlardan  ən tanınmışları müğənnilərdir. Sənətçilər bir il yarımdan sonra öz ölkəmizdə keçirilən toylarda ifa edəcəklər.

Milli.Az xəbər verir ki, mövzu barədə "sherg.az"la həmsöhbət olan müğənni Afət Fərmanqızı toy sahiblərindən zənglərin gəldiyini söyləyib:

"Pandemiyadan əvvəl 30-dan çox toyun behini almışam. İndi fikirləşirəm ki, necə olacaq. Çünki vaxt azdır. Qarşıdan "Məhərrəm" ayı gəlir. Hamısı da altıncı və bazar günündə toyun olmasını istəyir.

Bu gün 9 toy yazmışam. Razılaşırıq, kartın nömrəsini göndərirəm behi köçürdürlər. Həm sevinirik. Bir tərəfdən də insanlara səslənirəm, vaksinasiyaya "hə" deyək. Ona görə ki toyda problem yaranmasın. Nəticədə koronavirusdan azad olaq. Məsələn, hazırda Rusiyada vəziyyət pisdir.

Biz qaydalara qarşı aqressiv idik. Deyirdik, toylara niyə icazə verilmir. Bəlkə də, ən az itki bizdə oldu. O da Prezidentimizin uğurlu siyasətinin nəticəsində durumumuz daha yaxşıdır. Başqa ölkələrdə belə deyil. Xəstəlik tüğyan edir. Hindistan ştammı yayılır. Rusiyadan  camaat qaçıb gəlir.  Onların içərisində müğənnilər də var.

Xəstəlik mənbəyidir.  Xəstəliyi gətirəcəklər, ölkəmizi nə günə qoyacaqlar? Onları da qınamıram. Nə etsinlər? Çörək pulu üçün getmişdilər. Lakin peyvənd olunsunlar. Mənim immunitet sertifikatım var. 

Müddəti bitəndən sonra  peyvənd olunacam. Hər şey qaydasındadır. Bəzi adamlar deyir ki, xəstələrin sayı azalıb, bir oyundur. Qonşum aptek müdiridir.  O, deyir ki, dərman alan yoxdur. Deməli,  yoluxan azdır. Əvvəl isə deyirdi, dərman çatdıra bilmirik. Gəlin, qaydalara əməl edək".

Müğənni ötən ilin dekabr ayında koronavirusa yoluxduğunu xüsusi vurğulayıb:

"Bir ay evdən çıxmamışam. İndi toylara görə, dieatadayam. On kilo arıqlamışam. Bilirəm ki, immunitetim  düşüb.  Bu dəfə də yoluxsam pis olacaq".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/959136.html