Afrikada koronavirusa yoluxanların sayı 5,25 milyonu ötüb

 23:25 23.06.2021     56

Afrikada koronavirusa yoluxanların sayı 5,25 milyon nəfəri ötüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, aprelin 18-i üçün Afrikada koronavirusa 5 255 354 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 138 749 nəfəri vəfat edib, 4 658 095 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə, Efiopiyada və Misirdə qeydə alınıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/959290.html