Lənkəranda dəhşət: Əmisi oğlu və bibisini güllələdi

 23:32 23.06.2021     58

Lənkəranda silahlı insident olub.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Havzava kəndində baş verib. İlkin məlumata görə, silahlı insident qohumlar arasında baş verib. Yerli sakinlərdən biri münaqişə zəminində ov tüfəngi ilə əmisi oğlunu və bibisi nəvəsini qətlə yetirilib.

İnsidentin təfərrüatları hələ ki, məlum deyil.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/568062.html