ABŞ nümayəndə heyəti Kabil hava limanının təhlükəsizliyini müzakirə etmək üçün Türkiyəyə yollanacaq

 23:55 23.06.2021     57

Pentaqon və ABŞ Dövlət Departamentinin əməkdaşlarından ibarət nümayəndə heyəti NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Kabul Beynəlxalq Hava Limanında təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Türkiyəyə yollacaq.

Trend-in məlumatına görə, bunu "Anadolu" agentliyinə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Rob Lodevik deyib.

R.Lodevik bildirib: "ABŞ Müdafiə Nazirliyi və Departamentinin əməkdaşlarından ibarət nümayəndə heyəti bu həftə Əfqanıstanın Kabul hava limanında təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Türkiyəyə yollanacaq".

Qurumun nümayəndəsi qarşıdakı danışıqların təfərrüatları barədə məlumat verməyib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/959291.html