AŞPA-dan Krım tatarları ilə bağlı qətnamə

 23:59 23.06.2021     61

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Krım tatarlarına dair qətnamə qəbul edib.

Axar.az Report-a istinadən xəbər verir ki, AŞPA "Krım tatarlarının vəziyyəti" adlı qətnamədə Krım tatarlarının vəziyyətindən narahatlığını ifadə edib.

Sənəddə onların hüquqlarının kobud şəkildə və mütəmadi olaraq pozulması halları pislənilib:

"Krım tatarlarının hüquqlarının pozulması, onlara qarşı asayiş keşikçiləri tərəfindən tətbiq olunan qeyri-insani rəftar, işgəncə hallarının artması haqqında məlumatlar daxil olmaqda davam edir", - sənəddə bildirlir.

AŞPA həmçinin onlara qarşı tətbiq edilən məhdudiyyətlərdən, habelə fikir və toplaşma azadlıqlarının pozulması hallarından da narahatlığını ifadə edib:

"Belə hallar beynəlxalq insan hüquqları normalarının, habelə insan hüquqları üzrə Avropa konvensiyasının pozulmasına gətirib çıxarır", - qətnamədə vurğulanır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/568060.html