Hizbullaha məlumat ötürən Pentaqon rəsmisinə hökm oxundu

 00:08 24.06.2021     64

Qasım Süleymaninin öldürülməsi əməliyyatında iştirak edənlərin adlarını Hizbullaha ötürməkdə ittiham olunan ABŞ-ın İraqdakı hərbi bazalarının birində tərcüməçi işləyən qadın 23 il müddətinə azadlıqdan məhrum edilib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat verib.

“Meriam Tompson xarici hökumətə kömək məqsədilə milli müdafiə haqqında gizli məlumat ötürdüyünə görə 23 il həbs cəzasına məhkum edildi”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Tompson istintaqa verdiyi ifadəsində 2017-ci ildə Hizbullahla əlaqəsi olan bir şəxslə tanış olduğunu təsdiqləmişdi. Daha sonra onların aralarında romantik münasibətlər başlayıb. 2020-ci ilin yanvarında iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra həmin şəxs qadından ABŞ ordusuna əməliyyat zamanı yardım edənlər barədə məlumat istəyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/568068.html