Fulya Öztürk: “Bəzi rəylər qəlbimi qırdı” – VİDEO

 00:00 24.06.2021     57

“Sosial şəbəkələrdə yazılan bəzi rəylər qəlbimi qırdı”

Publika.az xəbər verir ki, bu sözləri 44 günlük Vətən Müharibəsinin şahidlərindən biri, CNN Türk kanalının əməkdaşı Fulya Öztürk deyib.

O qeyd edib ki, ikinci Qarabağ müharibəsi başlayan zaman rəhbərlərinin yanına gedərək Azərbaycana göndərilməsini istəyib.

Jurnalist “Fulya” filmi haqqında danışarkən ekran işində həm də Çingiz Mustafayevdən bəhs ediləcəyini deyib.

“Filminin sadəcə adı “Fulya”dır. Filmdə mənim şəxsi həyatımdan və ya tək məndən söhbət açılmır. Film Çingiz Mustafayevin, şəhidlərimizin və xəbər üçün savaşan digər jurnalist dostlarımızın xatirəsinə çəkilir”, – deyə Fulya Öztürk qeyd edib.

Daha ətraflı "Baku" TV-nin süjetində:

>


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/360561.html