Roma Papası "Hörümçək adam"la görüşdü - Video

 00:41 24.06.2021     59

Roma Papası Fransisk Vatikanda məşhur film obrazı “Hörümçək adam”la görüşüb.

Axar.az xəbər verir ki, "Hörümçək adam"ın kostyumunu geyinmiş bir nəfər Roma Papası ilə əl sıxışıb, onunla söhbətləşib, öz maskasını hədiyyə edib.

Onun 27 yaşlı Mattia Villardita adlı italyan olduğu bildirilir. Villardita uşaq xəstəxanalarında işlədiyi üçün keçən il İtaliya prezidenti Sergio Mattarella tərəfindən mükafatlandırılıbmış.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/568072.html