Hulusi Akar: Qara dənizdəki gərginlik araşdırılır

 01:00 24.06.2021     56

Rusiya donanmasının sərhəd patrul gəmisinin Qara dənizdə Böyük Britaniyanın “Defender” esminesinə atəş açması ilə bağlı Türkiyədən ilk açıqlama verilib.

Publika.az xəbər verir ki, bu barədə qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar danışıb.

Mövzu ilə bağlı həm Rusiya, həm də Böyük Britaniyadan açıqlama gəldiyini deyən nazir bu açıqlamaların fərqli olduğunu və araşdırıldığını bildirib. Qeyd edilib ki, yaxın saatlarda mövzu daha aydın şəkildə bəlli olacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/360566.html