AVRO-2020: 1/8 finala çıxan komandalar bəlli oldu

 01:21 24.06.2021     69

Bu gün futbol üzrə Avropa Çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanan bütün komandalar bəlli olub.

Publika.az xəbər verir ki, pley-off mərhələsinə İtaliya, Uels, Belçika, Danimarka, Niderland, Avstriya, İngiltərə, Xorvatiya, İsveç, İspaniya, Fransa, Almaniya, Portuqaliya, Çexiya, İsveçrə və Ukrayna vəsiqə qazanıblar.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları iyunun 26, 27, 28 və 29-da keçiriləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/360567.html