Qazaxda maşın maneəyə çırpıldı: Yaralanan var

 02:00 24.06.2021     58

Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Avtomobillin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində rayon sakini, 2003-cü il təvəllüdlü Ələddin Kürzəliyev xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/568085.html