Rusiyada atışma: ölən və xəsarət alanlar var

 04:30 24.06.2021     45

Rusiyada atışma olub.

Publika.az-ın məlumatına görə, bu barədə “İnterfaks” bildirib.

Məlumata görə, hadisə İnquşetiyada, Kantışevo kəndində qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə sonda silahlı insidentlə nəticələnib. Atışma zamanı 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, hadisəni yerli sakin törədib. O, saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/360570.html