Almaniyada Delta ştammına yoluxma iki dəfə artıb

 07:05 24.06.2021     41

Almaniyada son bir həftə ərzində koronavirusun "Delta" adlandırılan ştammına yoluxanların sayı ən azı iki dəfə artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Robert Kox İnistitutundan xəbər verilib.

İnistitutdan bildirilib: "Delta ştammına yoluxmalar (yeni infeksiyalar arasında - red.) artmağa davam edir, bir həftə ərzində təxminən iki dəfə artıb".

Məlumatda deyilir ki, iyunun 18-də "Delta" ştammının payına yoluxma hallarının 6 faizi düşürdüsə, indi bu rəqəm təxminən 15 faizə qədər artıb.

Qeyd edək ki, Almaniyada koronavirus pandemiyası zamanı 3,7 milyon yoluxma halı qeydə alınıb, koronavirusa yoluxanlardan 91 mindən çoxu ölüb, 3,6 milyonu sağalıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/959297.html