Vahid Ələkbərov yenidən “LUKoil”in prezidenti seçildi

 23:16 24.06.2021     49

Rusiyanın "LUKoil" neft şirkətinin sərmayədarları Vahid Ələkbərovu yenidən şirkətin prezidenti seçiblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "LUKoil"un mətbuat xidmətinin səhmdarların illik iclasının yekunlarına dair yaydığı məlumatda bildirilib. İclasda, həmçinin direktorlar şurasının 11 nəfərdən ibarət tərkibi də təsdiqlənib.

Ravil Maqanov isə yenidən İdarə Heyətinin sədri seçilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/959247.html