Məşhur Çin şirkətləri vahid sürətli enerjidoldurma standartı yaradırlar

 23:20 24.06.2021     51

Məşhur Çin brendləri yeni ümumi sürətli enerjidoldurma standartı yaratmaq üçün səyləri birləşdiriblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, internetdə "Mobil qurğular üçün universal sürətli enerjidoldurma spesifikasiyası"nın təsvir olunduğu sənəd barədə informasiya dərc olunub. Məlumatda qeyd olunur ki, "Honor", "Huawei", "Oppo", "Vivo" və "Xiaomi" kimi ən böyük smartfon istehsalçıları, eləcə də digər texnoloji şirkətlər və maraqlı tərəflər, o cümlədən "Rockchip" və Çin İnformasiya-Kommunikasiya Texnologiyaları Akademiyası unifikasiya edilmiş sürətli enerjidoldurma standartı üzərində iş üçün birləşib.

Texnologiyanın hazırlanması zamanı işləmənin yüksək maya dəyəri daxil olmaqla ayrı-ayrılıqda bir sıra problemlər yaranacaq. Buna səbəb kimi şirkətlərin fərdi müştərilər üçün komponentlər istehsal etməsi göstərilir. Bundan başqa, qurğular arasında uyğunluğun olmaması elektron tullantıların azaldılması və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə uzunmüddətli planları ləğv edir.

Vahid sürətli enerjidoldurma standartının nə vaxt təqdim ediləcəyi barədə məlumat verilmir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/958788.html