Rusiyada helikopter qəzaya uğrayıb, ölənlər var

 23:23 24.06.2021     61

Rusiyada Federal Milli Qvardiya Qoşunlarına məxsus "Mi-8" helikopteri qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.

Bildirilir ki, hadisə helikopterin Leninqrad vilayətinin Qatçinsk rayonunda təlim uçuşları keçirərkən baş verib. Həlak olanların hər üçü heyət üzvüdür.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/959037.html