Gürcüstanda yerli orqanlara seçkilər bu tarixdə keçiriləcək

 23:29 24.06.2021     59

Gürcüstanda 2021-ci ilin yerli özünüidarəetmə seçkiləri 2 oktyabr tarixində baş tutacaq.

Axar.az xəbər verir ki, bu barədə hakim partiyanın üzvü Şalva Papuaşvili parlamentin plenar iclasında açıqlama verib.

O qeyd edib ki, bu barədə ölkənin Seçki Məcəlləsinə edilən düzəlişlərdə əksini tapıb:

"Seçki kodeksində qeyd edilib ki, yerli özünüidarəetmə seçkiləri oktyabr ayının ilk şənbə günü baş tutacaq. Bu müddəaya əsasən, seçkilər 2021-ci ilin 2 oktyabr tarixində keçiriləcək", - deyə Ş. Papuaşvili əlavə edib.

Qeyd edək ki, seçki kodeksinə dəyişikliklər paketini parlament hazırda ikinci dinləmələrdə müzakirə edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/568328.html