Sərkisyan: “Ağdam mənin vətənim deyil, bunu daha açıq necə demək olar?"

 23:46 24.06.2021     50

"Biz bu gün kapitulyantı azərbaycanlılar Şuşanı fəth edərək Xankəndinə çox məsafədə yerləşirdiyi bir zamanda üçtərəfli sənədi imzaladığına görə ittiham etmirik, onu məhz yaratdığı şəraitə ittiham edirik".

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan BBC-yə müsahibəsində deyib.

Onun fikrincə, 2020-ci ilin yayında həyata keçirilən hərbi əməliyyatları dağıdıcı hərəkət idi.

Sərkisyan onu da əlavə edib ki, o, heç zaman torpaqların geri qaytarılmayacağı fikrini deməyib: "Hətta mən 2000-ci illərdə  parlament tribunasından bəyan etdim ki, Ağdam mənim vətənim deyil. Bunu daha necə açıq formada ifadə etmək olardı? Mən son aqibətimizin belə acı sonluqla bitməməsi üçün  bir xain damğasını daşımağa hazır idim. Öz reytinqimi düşünmürdüm ki,  tarixdə qalım. Mən problemin həllini istəyirdim... Amma təəssüflər olsun ki, bunu bacarmadım"

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/959125.html