“Samsung” şirkəti böyük tutumlu akkumulyatora malik ucuz smartfonunu təqdim edib

 23:50 24.06.2021     50

Cənubi Koreyanın "Samsung" şirkəti "AMOLED" displeyə və böyük tutumlu batareyaya malik ucuz "M32" modelini təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, smartfon "MediaTek Helio G80" platforması və "Full HD " təsvir ölçülü 6,4 düymlük "Super AMOLED" displeyə malikdir. "Samsung Galaxy M32" aparatı "One UI 3.1" interfeysinə malik "Android 11" sisteminin idarəetməsi altında işləyir.

Əsas kamera bloku 4 sensordan ibarətdir, əsas sensorun təsvir ölçüsü 64 mp-dir. Smartfon yaddaş kartları üçün slot, "Wi-Fi 802.11ac", "Bluetooth 5.0", "USB-C" portu və audioceklə təchiz edilib. Akkumulyatorun tutumu 25 vatt təşkil edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/958797.html