Qırğızıstanın Azərbaycana yeni səfiri təyin edilib

 23:54 24.06.2021     50

Qırğızıstan prezidenti Sadır Japarovun Fərmanı ilə Kayrat Osmanaliyev bu ölkənin Azərbaycandakı səfiri təyin edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kayrat Osmanaliyev 2016-cı ildən Qırğızıstanda Seçkilər və referendumlar üzrə mərkəzi komissiyanın üzvü olub.

Bundan başqa o, Qırğızıstan Xarici işlər nazirliyinin Diplomatik Akademiyasının prorektoru işləyib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/959140.html