"Neftçi" Sloveniya komandası ilə bacarmadı

 00:02 25.06.2021     55

Futbol üzrə son Azərbaycan çempionu "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.

Axar.az xəbər verir ki, "Neftçi" Sloveniyada "Domjale" komandası ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. "Flaqman"ın heyətində qolu Namiq Ələsgərov vurub.

Qeyd edək ki, ölkə çempionu daha əvvəl “Olimpiya” (Lyublyana) ilə yoxlama görüşündə 1:1 hesablı heç-heçə edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/568327.html