Yasamalda yanğın baş verdi

 00:11 25.06.2021     56

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Axar.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/568344.html