Çexiya Azərbaycanın azad edilmiş bölgələrinə investisiyalar yatırmaq üçün yeni layihələr hazırlayır - Səfir

 00:28 25.06.2021     48

Çexiya Azərbaycanın azad olunan bölgələrinin nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırmaq məqsədi ilə bir sıra yeni layihələr hazırlayır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Çexiyanın Bakıdakı səfiri Milan Ekter bildirib.

Onun sözlərinə görə, Çexiya Azərbaycanla enerji, o cümlədən bərpa olunan enerji mənbələri (RES) sahəsində əməkdaşlıqda maraqlıdır.

Diplomat səfirliyin bu istiqamətlə əlaqədar çexiyalı nanotexnologiya mütəxəssisləri və ticarət-biznes təşviqat təşkilatları ilə videokonfranslar keçirdiyini bildirib.

Ekterin sözlərinə görə, bu, koronavirus pandemiyasından sonra Azərbaycanla əlaqələrin inkişafına aparan ilk addımdır.

O xatırladıb ki, daha əvvəl Azərbaycan ilə Çexiya arasında böyük layihələr həyata keçirilib. Xüsusilə, Bakı hava limanına gedən yolda Çexiya istehsalı olan məlumat lövhəsi quraşdırılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/959683.html