Ucarda qəza: 1600 abonent qazsız qaldı

 01:06 25.06.2021     54

Ucarda baş verən yol qəzası nəticəsində bir nəfər yaralanıb, yaxınlıqdakı qaz xətti zədələnib, 1600 abonent qazsız qalıb.

Axar.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Ucar rayon sakini, 1991-ci il təvəllüdlü Həsən Tərlanovun idarə etdiyi "Şevrolet" markalı maşın Qalib İmanovun idarə etdiyi "Mersedes" markalı avtomobillə toqquşub. Nəticədə "Şevrolet"in sürücüsü H.Tərlanov aldığı xəsarətlərlə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ucar Qaz İstismarı Sahəsindən verilən məlumata görə, 1600 abonentin qaz təchizatı dayandırılıb. Qaz sızması qısa müddətə dayandırılacaq və abonentlər təbii qazla təmin olunacaqlar.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/568351.html