Türkiyədə daha 59 nəfər virusdan vəfat etdi

 01:41 25.06.2021     53

Türkiyədə son 24 saat ərzində 223 385 nəfərin COVID-19 testi yoxlanıb.

Publika.az xəbər verir ki, ölkədə günlük yoluxma sayı 5703 nəfər təşkil edib.

59 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 254 708 nəfərə çatdığı bildirilib. Onlardan 5846 nəfəri son sutka ərzində sağalanlardır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/360691.html