Ağcabədi sakinindən silah-sursat götürülüb

 02:24 25.06.2021     61

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, bu barədə Ağcabədi RPŞ-yə məlumat daxil olub. Polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avşar kənd sakini Elyaz Qədimov saxlanılıb. Onun şəhər ərazisində yerləşən yaşadığı evə baxış keçirilən zaman 1 ədəd "TT" markalı tapança, həmin silaha məxsus 2 ədəd sandıqça və 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/959389.html