UEFA-dan LGBT-yə dəstək - FOTO

 09:29 25.06.2021     38

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) LGBT-yə dəstək olaraq loqotipini göy qurşağı rənglərinə boyayıb. Emblemin fotosu "Twitter" də daxil olmaqla bütün rəsmi səhifələrdə dəyişib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın "Instagram" səhifəsində məlumat verilib.

Bildirilir ki, UEFA göy qurşağına hörmət edir və rənglərini daşımaqdan qürur duyur.

Paylaşımda eyni zamanda bu simvolun təşkilatın əsas dəyərlərini təcəssüm etdirdiyi və siyaçsi xarakter daşımadığı qeyd edilib.

"UEFA üçün göy qurşağı siyasi bir simvol deyil, daha fərqli və əhatəli cəmiyyətə olan bağlılığımızın bir əlamətidir", - UEFA-dan vurğulanıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/959703.html