“Hörümçək-adam” Papa Fransisklə görüşdü - FOTO

 09:31 25.06.2021     40

"Hörümçək-adam" Vatikanda Roma Papası I Fransiskin qəbulunda olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" xəbər verir.

Məlumata görə, super qəhrəman kostyumunda olan 27 yaşlı italyan Mattia Villardita xeyriyyə işləri ilə, xüsusən də personajının geyimində uşaq xəstəxanalarını ziyarəti ilə məşhurdur.

Papa Fransisk "Hörümçək-adam"a ziyarətinə görə təşəkkürünü bildirib və onu mərasimdə iştirak edən uşaqlarla da ünsiyyətə dəvət edib.

Villardita da öz növbəsində pontifikə minnətdarlığını bildirib və ona personajının maskasını hədiyyə edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/959702.html