AB Merkellə Makronun Putin təklifini rədd etdi

 09:38 25.06.2021     40

Avropa Birliyinə üzv dövlətlərin rəhbərləri Almaniya kansleri Angela Merkelin AB sammitini Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirmək ideyasını qəbul etməyiblər.

Axar.az xəbər verir ki, bu məlumatı “Blomberq” agentliyi öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, bəzi dövlət başçıları təklifin onları qane etmədiyini, bəziləri isə onun son anda iclasın müzakirəsinə təqdim edildiyini bildirərək təklifdən imtina ediblər.

Qeyd edək ki, bundan öncə Angela Merkel Putinin AB sammitinə dəvət edilməsini və Rusiya ilə dialoqun bərpası ilə bağlı çağırış etmişdi. Merkelin bu addımını Fransa Prezidenti Emmanuel Makron da dəstəkləmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/568362.html