Rusiya rəsmən təhdid etdi: Təkrarlansa, məhv edəcəyik

 10:09 25.06.2021     32

Rusiya Britaniyanı təhdid edib.

Axar.az xəbər verir ki, Rusiya adından təhdidi Moskvanın Vyanadakı hərbi təhlükəsizlik və silahlanmaya nəzarət üzrə danışıqlarda nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov səsləndirib.

O, Qara dənizdə bir müddət öncə baş verən insidentin təkrarlanacağı halda Britaniya gəmisini vuracaqlarına eyham vurub. Qavrilov çıxışı zamanı, həmçinin ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin də sözlərini xatırladıb:

“Rusiya müharibə, qonaqpərvər, xeyirxahdır, amma məğlubedilməzdir və tarix bunu 1000 ildən çoxdur təsdiqləyir”.

Qeyd edək ki, bundan öncə Rusiya Britaniya gəmisinin Qara dənizdə ərazi sularını pozduğunu iddia edərək, onun hərəkət istiqamətində atəş açıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/568376.html