3 ölkənin XİN rəhbəri Azərbaycana gəlib - FOTO

 10:09 25.06.2021     31

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Azərbaycana işgüzar səfərə gəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə B.Auresku "Twitter"də yazıb.

B.Auresku qeyd edib ki, Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı dörd görüş keçiriləcək:

"Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır, ikitərəfli dialoqumuzda geniş potensial var".

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/959736.html