DGK: İdarələrimiz iyunun 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək

 10:28 25.06.2021     32

Qarşıdan gələn Silahlı Qüvvələr Günü ilə əlaqədar qeyri-iş günündə gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri iyunun 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Publika.az Komitəyə istinadla xəbər verir ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilərlər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/360719.html