Koronanın daha bir ağır ştammı sürətlə yayılır

 10:35 25.06.2021     31

Delta ştammı COVİD-19-un yayılmasının növbəti mərhələsində dominantlıq edəcək.

Axar.az xəbər verir ki, bu barədə Çin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzindən bildirilib.

“Böyük ehtimalla delta ştammı pandemiyanın yayılmasının növbəti mərhələsində dünyanın əksər ölkələrində dominantlıq edəcək”, – deyə qeyd olunub.

Qeyd edək ki, bundan öncə Avropada Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi sentyabr ayında AB-də koronavirusa yoluxmaların 90%-nin delta ştammı ilə əlaqəli olacağını açıqlamışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/568379.html