Emin Ağalarovun məşhur layihəsində QADAĞA - VİDEO

 10:43 25.06.2021     33

Pandemiya səbəbilə iki ildir ki, ölkəmizdə təxirə salınan “Jara” musiqi festivalının keçirilmə qaydalarına dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov instaqramda məlumat yayıb.

Rusiya ulduzları pandemiya səbəbindən Azərbaycanda kütləvi konsertlər verə bilmədiyi üçün Xalq artisti “Jara”nı bu il Moskvada keçirməyə qərar vermişdi. Lakin Hindistan ştammının Rusiyada kəskin yayılması planlarda dəyişikliyə səbəb olub. Belə ki, iyunun 24-də açılışı olan gecəyə tamaşaçılar buraxılmayacaq.

“Təəssüf hissi ilə deyirəm ki, “Jara” festivalı 24-27 iyun tarixlərində planlaşdırılan formatda keçirilməyəcək. Moskva vilayəti qubernatorunun məhdudiyyətlərlə bağlı fərmanına əsasən, tamaşaçılar “Crocus City Hall”a buraxılmayacaq. Festival tele-formatda lentə alınacaq və Birinci kanalda yayımlanacaq. Odur ki, 24-25-26-27 iyun tarixlərinə olan biletlər etibarsızdır”, - Emin qeyd edib.

Bildirilib ki, sözügedən layihənin biletləri 4 aprel 2022-ci ildə “Crocus City Hall”da, 27-31 iyul 2022-ci ildə Bakıda keçiriləcək mükafatlandırma mərasimlərinə, həmçinin 2021-2022-ci ildə “Crocus City Hall”da keçiriləcək istənilən konsertə dəyişdirilə bilər.

View this post on Instagram

A post shared by Emin (@eminofficial)

Telegram Bizi telegramda izləyin Halal Nemət

Oxşar xəbərlər

COVID

Xəbər lenti

DAHA ÇOX XƏBƏR Yuxarı © Publika.Az 2021 Bakı şəhəri, Binəqədi rayonu,
S.S.Axundov küçəsi 31/23
(+994 12) 464-61-74, 464-61-75, 464-61-76
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/magazin1/360717.html