Makronun Nikola qəribə məktubu: Qarabağ və ərazi bütövlüyü?

 11:04 25.06.2021     31

Erməni xalqı öz seçimi ilə demokratiyanı gücləndirir və hüquqi dövlət dövlət quruculuğunda Fransanın tam dəstəyinə güvənə bilər.

Axar.az xəbər verir ki, bu sözlər Fransa Prezidenti Makronun Ermənistanın Baş naziri vəzifəsini icra edən N.Paşinyana ünvanlandığı təbrik məktubunda əksini tapıb.

Qələbə münasibətilə Paşinyanı təbrik edən Makron bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənəcəyinə ümid edir.

Makron, həmçinin Fransanın Qarabağ probleminin “Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət” şərtilə həllinə kömək etməyə də hazır olduğunu vurğulayıb. O yazıb ki, regionda siyasi stabilliyin yeganə yolu ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ problemi ilə bağlı nizamlama danışıqlarının bərpasıdır.

Qeyd edək ki, Qarabağ probleminin Ermənistanın ərazi bütövlüyü çərçivəsində həllinə Fransanın necə kömək edə biləcəyi bəlli deyil. Çünki Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyünə aid məsələdir. Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bu məsələyə nə dəxli olduğunu yəqin ki, Makrondan başqa kimsə bilmir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/568392.html