Lukaşenko məşhur blogeri azadlığa buraxdı

 11:09 25.06.2021     31

NEXTA Teleqram kanalının bir müddət öncə həbs edilmiş keçmiş baş redaktoru Roman Protaseviç ev dustaqlığına buraxılıb.

Axar.az xəbər verir ki, bu məlumatı BBC-nin rusca xidməti yayıb.

Qeyd edək ki, Protaseviç mayın 23-də “Ryaneyr” aviaşirkətinin təyyarəsinin məcbur endirilməsindən sonra Belarus xüsusi xidmət orqanları tərəfindən həbs edilmişdi. Minskin bu addımı Avropa Birliyinin kəskin reaksiyasına səbəb olmuş, Minskə qarşı sanksiyalar dalğası başlamış və bəzi ölkələr Belarus üzərindən uçuşları dayandırmışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/568394.html