Siyavuş Novruzov: “Onlara inanmayın”

 11:20 25.06.2021     30

“Bəzi qüvvələr deyirlər ki, insanlar dərhal işğaldan azad edilən ərazilərə köçürülməlidir. Hesab edirəm ki, bu, əsassız yanaşmadır. İnsanlara yalançı vədlər vermək, onları bu istiqamətə çəkmək təxribatdır. Yalnız Ağdamla bağlı əldə olunan xəritələrdə 97 min mina basdırıldığı ortaya çıxıb. Ermənistan rəsmiləri də açıq deyirlər ki, çox az bir hissənin xəritəsini veriblər”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov səsləndirib.

O əlavə edib ki, insanları ora köçürməzdən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır: “Belə kampaniya aparmaq yolverilməzdir. Bu adamlar, bəzi müxalifət rəhbərləri bir şəhidin ailəsini, qazini ziyarət etməyib, amma belə kampaniya aparırlar. Ərazilər minalardan təmizlənmədən biz insanları ora göndərə bilmərik. Mən buradan işğaldan azad edilən ərazilərimizin sakinlərinə çağırış edirəm ki, onlara inanmasınlar”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/360724.html