Floridada dəhşətli qəza - 100-ə yaxın insanın taleyi bəlli deyil - VİDEO - FOTO

 11:27 25.06.2021     31

ABŞ-ın Florida ştatında fövqəladə vəziyyət elan edilib.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, ştatın qubernatoru Ron Desantis bəyan edib ki, Serfsayd şəhərində xilasetmə işlərinə Milli Qvardiyanın xilasediciləri cəlb edilib. Qeyd edilən şəhərdə ötən gün 12 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində rəsmi məlumata əsasən bir nəfər ölüb, 99 nəfərin taleyi naməlum olaraq qalır. Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, polis və yanğınsöndürənlər işləri davam etdirir.

Kamran Seyidov
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/959764.html