Tunis sahillərində gəmi batdı: 17 ölü

 07:35 22.07.2021     39

Tunis sahillərində miqrantları daşıyan gəmi batıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Qırmızı Xaç Komitəsinin yerli nümayəndəliyindən bildiriblər.

Məlumata əsasən, gəminin göyərtəsində olan miqrantlar Aralıq dənizini keçərən İtaliyaya girmək istəyiblər. Gəminin batması nəticəsində 17 nəfər həlak olub, 380 nəfər isə xilas edilib.

Bildirilir ki, ölənlərin hamısı Banqladeş vətəndaşları olub. Gəminin göyərtəsində həmçinin Suriya, Misir, Sudan, Eritreya, Mali vətəndaşları da olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/966800.html