İsraildə aktiv koronavirus xəstələrinin sayı 9 mini ötüb

 08:03 22.07.2021     29

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 389 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 855 552 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 2 nəfər ölüb və ölənlərin ümumi sayı 6 454 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 839 964 nəfəri sağalıb, aktiv xəstələrin sayı 9 134 nəfərə qədər artıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/966803.html