Rusiya tənəzzül edir? - Mübahisəli məsələdir

 08:30 22.07.2021     27

Rusiya "poçt ünvanı"nı dəyişdirməyəcək. Buna görə də gələcəkdə Almaniya və Avropa Birliyinin planetin ən böyük ölkəsi ilə - tərəfdaş və ya hətta rəqib olaraq - münasibətlərini davam etdirməkdən başqa çarəsi yoxdur. Avropa təhlükəsizliyinə gəlincə, bu günə qədər ciddi uğur əldə edilməyib.

Axar.az xəbər verir ki, bu barədə "Frankfurter Algemeyn Zeytunq"da yayımlanan "Rusiya xaricdə necə görünür?" başlıqlı məqalədə bildirilir.

"Mövcud gərginlik qarşısında bu günə qədər əsas götürülən prinsiplərin düzgün olub-olmadığı sualı yaranır: "Avropa təhlükəsizliyi və Rusiya ilə münasibətlərin statusu, optimal olmasa da, kifayət qədər sabitdir"; "Rusiya siyasi və iqtisadi tənəzzüldə olan bir dövlətdir"; "AB və ABŞ siyasətinin orta və uzunmüddətli siyasi-hərbi riskləri azdır"... Bu tezislər həqiqətə uyğun gəlmir", - deyə qeyd olunur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/574342.html