Çində daşqınlar nəticəsində ölənlərin sayı artdı

 09:05 22.07.2021     30

Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarından bildiriblər.

Məlumata əsasən, daşqınlarda ölənlərin sayı 33 nəfərə çatıb: "İyulun 16-dan bəri 3,004 milyon sakin daşqınlar səbəbilə fəlakət bölgəsində qalıb, 33 nəfər həlak olub, 8 nəfər itkin düşüb, 256 min nəfər isə təhlükəsiz rayonlara təxliyə edilib".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/966814.html