Alişanın qardaşı koronadan öldü

 09:25 22.07.2021     29

Türkiyənin məşhur müğənnisi Alişanın ailəsinə ağır itki üz verib.

Kult.az xəbər verir ki, sənətçinin qardaşı və eyni zamanda da meneceri olan Səlcuq Təkdaş koronavirusdan həyatını itirib.

Mərhuma 20 gün öncə koronavirus diaqnozu qoyulub. Xəstəxanada müalicə alan S.Təkdaş bütün tibbi müdaxilələrə baxmayaraq, pandemiyanın qurbanı olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/574408.html