Hindistanda koronavirusdan ölənlərin sayı 420 minə çatır

 09:29 22.07.2021     30

Hindistanda ötən sutka ərzində koronavirusa 41 383 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 31 257 720 nəfərə çatıb.

Məlumata əsasən, son sutka koronavirusdan 507 nəfər ölüb, ölənlərin ümumi sayı 418 987 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 30 429 339 nəfəri sağalıb, aktiv xəstələrin sayı 409 394 nəfərdir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/966820.html