Aynişan Ukraynaya getdi

 10:13 22.07.2021     36

Əməkdar artist Aybəniz Haşımovanın qızı, instaqram ulduzu Aynişan Quliyeva Ukraynanın məşhur müalicə mərkəzinə gedib.

Publika.az xəbər verir ki, bu barədə özü sosial şəbəkədə məlumat yayıb.

“Bilmirəm inanacaqsınız, ya yox… Amma ilk meditasiya zamanı (bir neçə ay öncə) xəyal gücüm məni məhz buraya gətirirdi. Heç vaxt görmədiyim və olmadığım yerə… Bu meşəyə və bu skamyanın yanına… Və enerjim məni buraya gətirdi. Bu gün artıq real olaraq bu skamyada əyləşib meditasiya etdim. Düşüncələrinizə qarşı məsuliyyətli olun”.

Aynişan əlavə edib ki, 10 günlük detoks proqramına başlayıb: “10 gün müxtəlif müalicələr alacam, demək olar ki, ac saxlayırlar. Duz, şəkər və un qətiyyən olmaz. Bu, arıqlama proqramı deyil, bütün bədən və ruhunuzun təmizlənməsi baş verir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/magazin1/363465.html