Köhnə çörək zavodunun həyətində yanmış kişi meyiti tapıldı

 10:16 22.07.2021     33

Şirvanda yanmış kişi meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Heydər Əliyev prospektində yerləşən köhnə çörək zavodunun həyətində yanmış halda kişi meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.

İlkin məlumata görə, həmin şəxsi yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində yandığı bildirilir.

Meyit müayinə olunması və şəxsiyətinin dəqiqləşdirilməsi  üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və patoloji anatomiya birliyinin Şirvan şəhər şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/966826.html