Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb - VİDEO

 10:26 22.07.2021     29

Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, proqramda Azərbaycanda sahibkarlığın inkişafı, hökumətin pandemiya dövründə iş adamlarına dəstəyi, özəl sektorun iqtisadiyyata verdiyi töhvələr, sürətlə artan ixrac potensialı və bu istiqamtdəki digər detallar müzakirə edilib.

Həmçinin tezliklə yaradılması nəzərdə tutulan Azərbaycan-İran-Türkiyə-Rusiya birgə regioanal bazarı haqqında ətraflı bəhs olunub. Bundan başqa Azərbaycan şirkətlərinin xarici bazarlara çıxışı, eyni zamanda yaxın zamanlarda çoxsaylı xarici investorların ölkəmizə cəlbi ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, layihə hər çərşənbə günü saat 15:30-da, təkrarı 22:30-da Real TV-nin efirində yayımlanır. "Real-Trend" verlişində həftənin ən aktual iqtisadi xəbərləri müzakirə edilir. Həm Real TV, həm də Trend İnformasiya Agentliyinin studiyasına dəvət edilən qonaqlar Azərbaycanın qarşısında duran çağrışları müzakirə edirlər.

Buraxılışı təqdim edirik:

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/966850.html