Erməni təxribatının iki səbəbi var - Arkov

 10:35 22.07.2021     40

“Qarabağ klanı” erməni hərbçiləri arasında ciddi dəstəyə malikdir. Güman etmək olar ki, onlar (generallar, zabit heyəti, əsgərlər) Azərbaycan Silahlı Qüvvələrini 2020-ci ildə olduğu kimi, qətiyyətli cavab addımlarına məcbur etməyə çalışır. Bununla da məhz “Qarabağ klanı” rəsmi Bakı və İrəvanın bütün sülh planlarını pozmağa çalışırlar.

Axar.az xəbər verir ki, bu fikirləri PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.

“İkinci vacib məqam isə odur ki, “Qarabağ klanı” daha böyük hədəfə can atır. Çünki Azərbaycan hərbçiləri təxribatlara adekvat cavab verərkən Ermənistanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərini pozsa, KTMT-nin müddəaları da fəaliyyətə başlayacaq”, - deyə ekspert qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/574429.html