20 yaşlı gənci maşın vurub

 22:49 23.07.2021     68

Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yol keçmək istəyən 2001-ci il təvəllüdlü Əsədov Sübhan Tofiq oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/967308.html