Nəyə görə öz səsimizi bəyənmirik? - Həkimdən izah

 23:45 23.07.2021     77

İnsanlar telefonda audioyazıda öz səslərinə qulaq asanda, səslərini bəyənmir və özlərinə xoş gəlmir. İnsana elə gəlir ki, ətraf insanlar da onun səsini belə eşidir və bu onda kompleks yaradır. Bu kompleks 90% insanlarda var.

Milli.Az xəbər verir ki, alimlər bu sindromun səbəbini açıqlayıblar.

ABŞ-ın Vaşinqton universitetinin otolorinqoloqu Nil Bhat insanın öz səsinə qarşı diskomfortunun beyin və psixilogiya ilə əlaqəli olduğunu bildirib.

"Məsələ ondadır ki, ətrafdan gələn səsləri və başqa insanın danışığını biz xarici mənbədən alırıq və bu səslər beyinə başqa cür çatır. İnsan danışanda isə bu siqnallar beyinə başqa cür ötürülür.

Ətrafdan gələn ayrı insanların səsi hava ilə qulağa keçib, daxili qulaqda səs vibrasiyaları yaradır və bu zaman sinir impulsları beyinə daxil olur.

İnsan özü danışanda isə səsi qulağa ayrı yolla keçir. Bu zaman səsin böyük hissəsi kəllə sümüklərindən vibrasiya ilə keçir. Bu zama səs aşağı tezlikli olur. Ona görə insana öz səsi boğuq, dəqin, oberton, aşağı tonda gəlir. Əslində isə səsi belə deyil və onun səsini eşidənlər tamam ayrı cür qəbul edir". /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/950111.html